Vefalı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vefalı


Deməyək bu dünya özü vəfasız,
Nə sən vəfalısan, nə mən vəfalı.
Könlü istəyəndə gəlib də gedər,
Nə duman vəfalı, nə çən vəfalı.

Geriyə dönməz ki ötən illərim,
Daha gur çağlamaz coşan sellərim.
Bir-bir tərk eyləyər sarı tellərim,
Saçımdan əskilməz ağ dən vəfalı.

Vüsalın son qoyar daş həsrətimə,
Əllərin möhtacdır hərarətimə.
Mənim tək səmimi təbiətimə,
Qışda da gül açan çəmən vəfalı.

DOLU İÇİM

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 06:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu