Vecime deyilsen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vecime deyilsen


Sevgi səmasında çaxa qalmışam.
Iki əl, bir də ki yaxa qalmışam.
Çox da ki dalınca baxa qalmışam,
Eh, mənim vecimə deyilsən ki sən.

Hava qəm qoxuyar çəndən də qabaq,
Min gözəl olubdur məndən də qabaq.
Özüm parlayıram səndən də qabaq,
Şeh, mənim vecimə deyilsən ki sən.

Eşqə sadiq olan düz ürəyim var,
Həyata keçməyən yüz diləyim var.
Məhəbbət ətirli yaz küləyim var,
Meh, mənim vecimə deyilsən ki sən.
4.12.2012

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu