Səni gördüm.Bir anda
Qəm-kədərim dağıldı.
Darıxmağın özü də
Vazkeçilməz nağıldı.
Hələ böyüməmişəm,
Körpə uşaq kimiyəm.
Illər heç sərt etməyib,
Hələ yumşaq kimiyəm.
Necə gözəl qonuşdum,
Fikrimin işığında.
Ilahiyə qovuşdum,
Zikrlmin işığında.
Səni sevmək min əzab,
Səni sevməmək günah.
Ürək gətirərmi tab,
Sevdim.Allaha pənah.
Xəyal nurlu düşüncə,
Fikir onun sələfi,
Bir andaca çözülər
Xatirələr kələfi.
31.03.2019
Kayıt Tarihi : 3.4.2019 16:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!