Qum kimi qovrulmuşam,
Küləklə sovrulmuşam.
O qədər yorulmuşam,
Özümdən vaz keçərəm.
Yalan-doğrularım var.
Fərəh oğrularım var.
Elə ağrılarım var,
Sözümdən vaz keçərəm.
Kədəri anmamaqçun.
Sevinci danmamaqçun,
Bir daha yanmamaqçun.
Közümdən vaz keçərəm.
Neynədilər qız, səni,
Çox gördülər busəni.
Görməməkçün qüssəni,
Gözümdən vaz keçərəm.
Gördüm dostun qəbrini.
Fələyin yüz cəbrini.
Cilovlayıb səbrimni.
Dözümdən vaz keçərəm.
02.01.2019
Kayıt Tarihi : 4.1.2019 07:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!