Nə deyir qoy desin ağzıgöyçəklər,
Onsuz da saralıb qızıl ləçəklər.
Mənim ürəyimdə bitən çiçəklər,
Sənin ürəyindən su içə bilmir.
Allahım, sevginin gücünə baxın,
Gözəl xatirələr hey edir axın.
Ayrılıq zalımı görsə də yaxın,
Gözlərim vüsalı, eh, seçə bilmir.
Bağında ağ çiçək, gül bitirməyən,
Vüsalın nurunu heç itirməyən,
Həsrətə, hicrana tab gətirməyən
Könül sevgisindən vaz keçə bilmir.
25.04.2019
Kayıt Tarihi : 29.4.2019 16:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!