Vaxtsız solan. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vaxtsız solan.

Bu dünyanın nəyi əyri, nəyi düz,
Yenə sisə bürünübdür çəmən, düz.
Qəbrim üstə öz əlinlə çiçək düz,
Onda mənim yoxluğumu duyarsan,
Əl-üzünü göz yaşıyla yuyarsan.

Oxşamışam gül üstündə xala mən,
Vurmuşam gah mıxa, gah da nala mən.
Qəlbdə sözüm.Dönmüşəm lal-kara mən,
Danışdırma.Danışmağayox halım,
Yaman pisdir mənnim keyfim-əhvalım.

Önümdəki alaqları yolam mən,
Şahmar ilə gedərəm lap yola mən.
İndi daha unudulmuş yolam mən,
Kim tapacaq cığırımı, izimi,
Dua edim yerə qoyub dizimi.

Zalım fələk, qapımızı döymə sən,
Əzizimə, yaxınıma dəymə sən.
Döyülərsən özün.İlkin döyməsən,
Dünyanın ən acı qanunu belə,
Heyf, gəncliyimi mən verdim yelə.

Sevinc, dərin xəyallara dalmısan,
Gözəl gəncliyimni yada salmısan.
Indi dostlarından geri qalmısan,
Çətin yenə cani-dildən güləm mən,
Xar əlində vaxtsız solan güləm mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu