Vaxtsız köçenim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vaxtsız köçenim

Həstəti dəmir tək pas tutmayır ki,
Ayrılıq hicrana yas tutmayır ki...
Yaddaşım xaindir, unutmayır ki.
Bu neçə müddətdə olub keçəni.

Dünya yıxılmağa dünəndən hazır,
Qaranlıq yuxunu rəmmallar yozur.
Gecənin sükutun addımlar pozur,
Ruhunmu dolaşır ensiz küçəni.

Narın qqar tək göydən yerə ələnim,
Bəyaz ruhun işığına bələnim.
Sən mənim dünyaya vaxtlı gələnim,
Sən mənim dünyadan vaxtsız köçənim.
11.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 12.4.2019 10:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu