Varı Sevincin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Varı Sevincin

Yandırıb atəşə pərvanəsini,
Itirib Məcnuni-divanəsini.
Daha çala bilmir təranəsini,
Simsiz qalıb kaman-tarı Sevincin.

Haqsızlar haqlını kəndirdən asıb,
Qara şər qüvvələr xeyiri basıb.
Dövri-zaman onu salsa da kasıb,
Azalmazdır dövlət-varı Sevincin.

Dilində əzbərdir onun ağılar,
Bir qıy vursa düşmənləri dağılar.
Işğal edib can mülkünü yağılar,
Uçub uzaqlara sarı Sevincin.

Bir vaxt dostlar bürümüşdü sol-sağı,
Indi ətrafını alıbdır yağı.
Viran qalıb güllü baxçası,bağı.
Yerləyeksan alma-narı Sevincin.

Çağırırdı bir zamanlar gül gülü,
Duman çəkirdi dağlara ağ tülü.
Xarı bülbülünün uçub bülbülü,
Nədən qaldı təkcə xarı Sevincin.

Çiçəkləri solub daha,açılmaz.
Günəşin al şəfəqləri saçılmaz.
Ölüm haqdır,əcəldən gen qaçılmaz,
Çatıb artıq son baharı Sevincin.

Həsrətin qəlbimi qılınc tək kəsir,
Olmuşam möhnətin əlində əsir.
Çətinlik eyləməz halına tə`sir,
Vardır namus,qeyrət-arı Sevincin.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu