Var Ola Bilsem
Mef’ûlü / Mefâîlü / Mefâîlü / Feûlün
(Şiir aruz ölçüsündedir. Azerbaycan Türkçesiyle yazılmıştır.)
Dərd torpağına yağmaq üçün qar ola bilsəm...
Maddəylə yox olmaq yerinə 'var' ola bilsəm...
Hər canlıya, hər cansıza sevgiylə yanaşsam,
Kin hissimə qarşı acırəfftar olabilsəm...
İçmir, yemir, illərdir oruc tutmuşa bənzər,
Aclıq yaşayan ruhuma iftar ola bilsəm...
Aləmdəki sirlərlə dolu səsləri duysam,
Nəfsim danışarkən qulağı kar ola bilsəm...
Hər gün qara bir nöqtə, olub qapqara səyfə,
Öldükcə ölən qəlbə ümidvar ola bilsəm...
Orqanlarımın hər biri ilə barışarkən,
Təqdir diləyən beynimə qəddar ola bilsəm...
Sürtsəm üzümü yerlərə, yazsam gecə-gündüz,
Alqış və təxəllüsərə inkar ola bilsəm...
Kayıt Tarihi : 18.12.2013 18:48:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)