Var ol (azerice) Şiiri - Elcan Bayram

Elcan Bayram
61

ŞİİR


0

TAKİPÇİ

Var ol (azerice)

Var ol (azerice)

Bir taxta masamız var,
Köhnə qazetlərlə örtülü,
bir az pendirimiz var,
Şərabım yox qədəhlərə tökülü.

Əllərimi bilirsən narahatdır,
Elə hey əsib durur,
Tuta bilmir saçını,
Arasından sovrulur.

Bir səs ver görək hardasan,
Uzaqdasan ya yaxında?
Sənə aid xəyallarımı var.
Həsrətin buraxmır yaxamdan.

Gəl artıq yanımda ol,
var ol,
var olmağa çalış bir az.

Düyməliyim səni köynək tək bədənimə,
duyum qoxunu,
Eşidim ürək döyüntülərini, ruhunu..
Bilim qorxularını, hiss edim nəfəsini,
unutmuyum səsini.

Mən də sevim səni dərindən.
İthaflarımın hədəfinə çevril,
"bu qadına" yazıram deyim,
"mənə yazır" de, sinə qabart.
Məncə çətin deyil var olmaq, yaşamaq.
Canlan, yaşa, məni də yaşat..

05.02.2012 / Elcan Bayram

Elcan Bayram
Kayıt Tarihi : 25.2.2018 21:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Elcan Bayram