“Özgəni güldürən sözüm,söhbətim
Özümü ağladan qəmim var mənim”
Cəhənnəmə dönüb gözəl cənnətim,
Mənimlə bir olur dərdim-möhnətim.
Əskik olmur nədən qaxınc,töhmətim
Niyə kədər dolu dəmim var mənim.
Dərdimi anlamaz hər nadan,naşı
Heç vaxr qurumayır gözümün yaşı.
Uzaqdan görünür rəngi də yaşıl,
Hələ biçilməmiş zəmim var mənim.
Tək-tənha qalmışam,yoxdur bir kəsim,
Şirin xatirələr bəsimdir bəsim.
Muğam oxumağa çatmayır səsim,
Ağılar deməyə bəmim var mənim.
Mən hazıram qızılgültək solmağa,
Bulud kimi boşalmağa,dolmağa.
Hələ çox qalıbdır şair olmağa,
Hələ tam deyiləm,kəmim var mənim.
Sevinc,nədən sevdan yetməyir başa,
Nakam məhəbbətin oduyla yaşa.
Toxunur həmişə qayaya,daşa
Tənhalıqda üzən gəmim var mənim.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:55:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/var-menim.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!