Vüsalın gözün oyub,
Həsrətdən çətin doyub.
Sevdiyin tənha qoyub,
Özgəsin yar edənim.
Ilk baxışdan gör, tanı,
Mənim kimi dost hanı.
Gen, işıqlı dünyanı,
Başıma dar edənim.
Bumu qurduğun plan,
Hər hərifi bir yalan.
Həsrəti qara ilan,
Hicranı mar edənim.
Bu dünyanın heçində,
Ayrılığın köçündə.
Məni düşmən içində
Bir anda xar edənim.
Şeytan bizi güldürüb,
Sonra həddi bildirib.
Sevdalısın öldürüb,
Başqasıı var edənim.
Kayıt Tarihi : 15.1.2022 11:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!