Vaqifin meqberesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vaqifin meqberesi

Bu nə gözəl təntənə,
Bu nə özəl ənənə.
Şuşamızın şəninə,
Şairlər söz hörəsi.

Fərəhimiz, nəşəmiz,
Yaşıl gözəl guşəmiz.
Azad oldu Şuşamız,
Sevindik göz görəsi.

Hərb neçə can alıbdır,
İgidlər qan alıbdır.
Limana yan alıbdır,
Qəhrəmanlar bərəsi.

Şair fikrə dalacaq,
Ona şeir qalacaq.
Dağlara səs salacaq,
Cəsurların nərəsi.

El torpaqdan güc alr,
Düşmənindən öc alır.
Göy səmaya ucalır,
Vaqifin məqbərəsi.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!