Üzündə təbəssüm, gözündə kədər,
Bu qara sevdanın sonu bilinməz.
Demək yaşamışıq bu ömrü hədər,
Açılmaz sevginin donu, ilinməz...
Sürünüb kədərin ayaqlarına,
Üzümü sürtürəm qəm torpağına.
Dözüb həsrətinin ağrılarına,
Göz yaşı ötürrəm nəm torpağına...
Sallanıb qayanın sarmaşığından,
Intihar etməyi düşünmürəm ki..
Allanıb günəşin zər işığından,
Titrəyib dursam da üşümürəm ki...
Nə qəmin əli var, nə də kədərin,
Gözümün yaşını silələr bir gün.
Belə yazılıbmış sənin qədərin,
Barı qiymətini bilələr bir gün.
Burax dərd çəkməyi,burax xiffəti,
Bir gün əbədilik yaxandan tutar.
Neynirsən namərdlə şirin ülfəti,
Gözündən itərsən, səni unudar.
Kayıt Tarihi : 29.4.2018 16:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!