Ətrafı adamsız, bomboş vadidir,
Çıxmaz ki bir daha tuzu ömrümün.
Elə maraqsızdır,elə adidir,
Qalmayıb əvvəlki duzu ömrümün.
Ya qismət, ya da ki nəsib dedilər,
Başımın üstündə əsib yedilər.
Necə amansızca kəsib yedilər,
Sakit, dilsiz, fağır quzu ömrümü.
Hanı dağdan axan bəyaz axışlar,
Qara rəng vurmaz ki ömrə naxışlar.
Nədir o mənasız, soyuq baxışlar.
Dondurdu bir anda buzu ömrümü.
Dostum, həyat olmur daim xoş dəmli,
Çox gördün sən məni gözləri nəmli.
Bir gün fərəhliydim,bir gün də qəmli,
Ah, necə yaşadım uzun ömrümü.
Kayıt Tarihi : 3.5.2021 14:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!