Getdiyin yollara qurbanam, Ata
Ayrılıq məqamın nə uzun oldu.
Canından ayrılan bir canam, Ata
Ürəyində qalan nə sözün oldu.
Sənsiz bil ki mənim dünyam qaradı,
Yamyaşıl ormanım soldu-saraldı.
Bahar ürəyimi duman, qar aldı,
Sənsiz ağlar qalan cüt gözüm oldu.
Elə bilirdim ki arxamda dağ var,
Indi başım üstdə əsir ruzigar.
Şəkillər qalıbdır mənə yadigar,
Dərdimə ağlayan cüt gözüm oldu.
Kayıt Tarihi : 9.12.2023 08:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!