Demirəm ki şiddətlə çax,
Nə gözümdən riqqətlə ax.
Bircə dəfə diqqətlə bax,
Üzümə,qızım, üzümə.
Səni sevir yalnız anan,
Odunaca daim yanan.
Yalanımı burax, inan
Düzümə, qızım,düzümə.
Gəlməsin heç şər qapına,
Uyma hicrin şər gapına.
Özgəsinin zər sapına.
Düzülmə, qızım düzülmə.
Nə görmüsən bu naxışda,
Buz kimi soyuq baxışda.
Şaxtada , qarda , yağışda
Büzülmə, qızım, büzülmə.
Fərəh qəmlə ötüşməsə,
Sevinc haya yetişməsə,
Göydən üç alma düşməsə,
Üzülmə quzum, üzülmə.
Kayıt Tarihi : 5.5.2018 08:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!