Gözıərinin giləsindən,
Səhər balı süzülər.
Onun zərif şöləsindən,
Yazıq canım üzülər.
Üzülər ki addımların,
Bir az da yavaş olsun.
Məhəbbətdən umduqlarım,
Qan olsun, savaş olsun.
Bu savaşın sonundaca
Bəlkə məğlub olarıq.
Ayrılığın donundaca
Milyon yaşa dolarıq.
Yaşa dolub ağıllanaq,
Gələrək özümüzə.
Şeirləşək, nağıllanaq
Bələnək sözümüzə.
Bu sözün hər hərifinin,
Qiymətini bilək biz.
Eşqin ismi-şərifinin
Göz yaşını silək biz.
Ağlamasın eşq dünyamız,
Gözündən yaş düşməsin.
Şirin olsun hər röyamız,
Duyğular üşüməsin.
Üşüməsin hisslərimiz,
Qəlbimiz istilənsin.
Qoy azalsın pislərimiz,
Niyyəti tüstülənsin.
Bizim könül dünyamızda,
Yaxşılara yer olsun.
Yel əsməsin qayamızdan,
Duyğularım şer olsun.
Kayıt Tarihi : 1.11.2019 15:15:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!