Üzüb gedib xəyalların gəmisi,
Quruyuban göl olubdur dənizim.
Biçilibdir arzuların zəmisi,
Al güllərin saralıbdır bənizi.
Sükut durub qapımızda dinşəyir,
Kim birinci dinəcəkdir odamda.
Köhlən atlar uzaqlarda kişnəyir,
Əbədilik qalacaqlar adada.
Kipriklərin birər-birər sananır.
Hər birinin qiyməti bir qızıldan.
Ayrılğın atəşinə yananım,
Göz yaşları töksəm əgər cızıldar.
Iztirabın taleyi yox, bəxti yox,
Bircə dəfə gülümsəyə üzümə.
Ayrılığın deyən daha vaxtı yox,
Dönüb baxa yalanına, düzünə.
İndi çoxu qanadlanıb uçmağa.
Gedənlər də geri dönmür əzizim.
Yer üzünü kainatdan qucmağa,
Ulduzlar da daha sönmür,əzizim.
11.04.2019
Sevinc Arzulu
Kayıt Tarihi : 11.4.2019 16:31:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/11/uzub-gedib.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!