Əyilməzdir dağ vüqarım,
Qəlbimdədir əhd-ilqarım.
Kölgəyə dönüb ol yarım,
Ayağının tozu yoxdur.
Bulud yerə qar ələyir,
Bəmbəyaz rəngə bələyir.
Ağlar qalsın bu fələyi,
Eh, yazıya pozu yoxdur.
Gör, bu necə dostdur adam
Baxan deyər ona yadam.
Bağında var fındq, badam,
Mənə çürük qozu yoxdur.
Keyfim həmin çağdır, atam
Şükür, üzüm ağdır, atam.
Necə qarlı dağdır, atam
Xəstə üçün buzu yoxdur.
Yolumun üstdə dururlar,
Min cürə plan qururlar.
Haqq işimə pəl vururlar.
Çörəyimin duzu yoxdur.
Tanıyır döngə-dalanı,
Hissləri bir-bir talanı.
Elə danışır yalanı,
Bircə qram düzü yoxdur.
Eşitmirəm söz-gapını,
Görəsən kimə tapını.
Gedəndə çırpıb qapını,
Qayıtmağa üzü yoxdur.
Kayıt Tarihi : 28.3.2022 08:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!