Ulduz sirli, gün aşkar,
Savab görən günah kar.
Görən kimdir günahkar,
Çörəyimin duzu yox.
Dərddən çörək yapmıram,
Qəm dalınca çapmıram.
Əl atıram, tapmıram
Gərəyimin buzu yox.
Könülə köz dəyməyə,
Vüsala göz dəyməyə.
Beyinə söz deməyə,
Ürəyimin üzü yox.
21.05.2013
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!