Kəfənin ölçüsü gəlib,
Ağının dilçisi gəlib.
Ölümün elçisi gəlib,
Gedim üzü qaranlığa.
Sona yetibdir zamanım,
Qan ağlayır tar-kamanım.
Qalmayıbdır heç amanım,
Yolum düşər toranlığa.
Acı sözlər qəlbə oxdur,
Bilirəm,dostlarım çoxdur.
Məni siz tək sevən yoxdur,
Xatırlayın bir anlığa.
18.01.2018.
Kayıt Tarihi : 5.5.2018 08:28:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/05/05/uzu-qaranliga.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!