Istisi yox yayımın,
Nuru sönük ayımın.
Nədən ümid çayımın,
Üzü köpükdür, dünya.
Xəyallara daldığım,
Güzarımı saldığım.
Zəhmət çəkib aldığım,
Quruş-qəpikdir, dünya.
Xatirə azandımı,
Həqiqət yazandımı.
Kasıbın qazandığı,
Şillə-təpikdir, dünya.
10.12.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!