Yaşamaq eşqinə həvəsin qədər,
Qızıldan qiymətli qəfəsin qədər.
Mən sənə yaxınam nəfəsin qədər,
Sən məndən günəş tək uzaqsan, gülüm.
Yeni rəng qatmadın naxışlarınla,
Ulduz işığı tək axışlarınla.
Elə üşüdürsən baxışlarınla,
Soyuqsan, şaxtasan, sazaqsan gülüm.
Həsrətin əlini bəlkə sıxmayam?
Vüsalın evini vurub yıxmayam?
Qorxuram mehrindən bir də çıxmayam,
Sehrli tələsən, duzaqsan, gülüm.
Kayıt Tarihi : 13.12.2021 10:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!