Könül dərdini satamaz,
Xəyal gölündə batamaz.
Daha sənə əl çatamaz,
Vüsalına çatmaq töhmət.
Kim gizlənə,kim yayına,
Sirdaş ola öz tayına.
Dost yetər dostun hayına,
Harayıma yet, bir zəhmət.
Ay gözəlim,ay göyçəyim,
Əlvan,ətirli çiçəyim.
Bomboş qalıbdır dibçəyim,
Dön, haqq yerin alsın əlbət.
Arazlaşıb Kürləşərik,
İnci olub dürrləşərik.
Biz yenidən birləşərik,
Dön, bağlayaq gözəl ülfət.
Günəş bizimçün batmazdı,
Gecələri heç yatmazdı.
Mənim üçün əlçatmazdır,
Uzaqlarda qalan qürbət.
Kayıt Tarihi : 21.4.2025 05:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!