Uzakların kızı Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Uzakların kızı

(Uçak kazasında hayatını kaybeden hostes Hökümə Əliyevanın ruhuna dərin ehtiramla)

Şair sənə demişdi ki, əzəldən
Quş qanadlı uçaqların qızısan…
İndi daha ruhun gəzir göylərdə,
İndi daha uzaqların qızısan….

Səma sənə, sən səmaya yar oldun,
Son anadək kömək üçün var oldun,
Niyə belə tez uçmaqdan yoruldun?((
İndi daha uzaqların qızısan…

Güvən verdin sənə baxan gözlərə,
Ümid qatdın son dediyin sözlərə,
Səndən sonra sözün qaldı bizlərə…
İndi daha uzaqların qızısan…

Zalım fələk bir az altdan almadı,
Səsin qaldı, başqa heç nə qalmadı((
Səndən sonra “heç nə yaxşı olmadı”…
İndi daha uzaqların qızısan…

De, beləmi dönəcəkdin sən yerə?(
Ümid, arzu pərən düşdü min yerə,
Aradabir ruhunu al, en yerə…
İndi daha uzaqların qızısan …

Göylər qızı, qəlbimizdə çən oldun,
Dilimizdə bayatıya tən oldun,
Bu nağılın qəhrəmanı sən oldun….
İndi daha uzaqların qızısan….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 6.1.2025 19:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!