Qocaldıqca uşaqlaşaq,
Qüdrət ilə üz-üzəyik.
Tezcə burdan uzaqlaşaq,
Həsrət ilə üz-üzəyik.
Zirvəsi ağ qarlı olaq,
Bağ- baxçası barlı olaq.
Biz də xalq tək varlı olaq,
Sərvət ilə üz-üzəyik.
Qəm gülünü əkəmmərik,
Dərd yağışı tökəmmərik.
Sonunacan çəkəmmərik,
Möhnət ilə üz-üzəyik.
Vüsal hissi qəlbdə yatıb,
Hicran onun başın qatıb.
Bu görüşün sonu çatıb,
Qürbət ilə üz-üzəyik.
Ürəyim eşq e`tiqadlı,
Vüsal kimi şirin dadlı.
Gülüm, indi sevgi adlı,
Hikmət ilə üz-üzəyik.
Kayıt Tarihi : 16.6.2018 10:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!