Üz tutmuşam taleyin qapısına,
Daxil olmaq bəlkə oldu nəsibim.
Salam deyim dostların hamısına,
Görən tufan yollarını kəsibmi?
Yaman sərtdir ayrılığın tufanı,
Sevənləri bir-birindən ayırar.
Kimgörəcək, kim çəkəcək səfanı,
O da yəqin hicri görsə bayılar.
Ürəyimin atəşində qovrulub,
Səni qarsar sözlərimin istisi.
Xatirələr külək ilə sovrulub,
Mən olmuşam vüsalının xəstəsi.
27.06.2019
Kayıt Tarihi : 27.6.2019 17:00:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/06/27/uz-tutmusam.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!