Üz qarasısan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üz qarasısan

Sən qiymət vermədin dürrə,gövhərə,
Acı zəhər qatdın şirin cövhərə.
Ağları ehmalca endir lövhəyə,
Şahmat fiqurunu düz, qarasısan.

Naləni, qarğışı deyib ötürən,
Nifrətli baxışı geyib götürən.
Sən mənim ömrümü yeyib bitirən,
Insanlıq adına üz qarasısan.

Çəkdikcə çəkirsən sinəmə dağı,
Soldurub saraltdın yamyaşıl bağı.
Mən işıq dünyanın yeganə ağı,
Sən zalım həyatın yüz qarasısan.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2020 06:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu