Nur Tekin - Hakkında Yazdığı Tanıtım Yazısı

Bir səs gəldi uzaqdan. Ta sonsuzluqdan gələn kimi. İçimdən gəldi, çöldən gəldi, bilmirəm. Amma duymaq istədiyim səsdi o. Bir az göyün mavisi, bir az günəşin işıltısı, bir az rənglərin şuxluğu, havanın təravəti, güllərin qoxusu, quşların uçuşu vardı o səsdə. Döndüm, səni gördüm. Göylə yerin birləşdiyi yerdə dayanmışdın. Xəyalların gerçəkləşdiyi yerdə. Adımı sevdim sənin çağırışında. Səsinin titrəyişində, sevgili səslənişində yenidən doğuldum bilirsənmi? Adımın ən kiçik hecasını dedin amma ürəyimə körpü çəkdin. O hecanı sən kəşf elədin, körpünün memarı da səndin. O körpüdən başladım yaranmağa...