Elə dayanırsan , elə baxırsan , Elə bil qarşında quru bir daşam . İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam . ***** Səni dostlarımla , tanışlarımla , Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri yad ehtiramla , Deyirlər tanış ol .... Nə qəribədir ?! ***** Yuxuda görərdin nə vaxtsa hər dəm , Yolumu gözlərdin yollardan uzaq . Mən sənin yuxundan çıxıb gəlmişəm , Bu da bir yuxudur , gəl tanış olaq . ***** Qoluna girərdim ... bu , yadındadır , gedərdik ... yolumuz , arzumuz şərik . Qolum qollarının lap yanındadır , toxunsa biz indi üzr istəyirik . ***** Hayanda oldumsa səhər , ya axşam , Aradın sən məni , gördün sən məni . İndi gözlərinin qabağındayam , Hayanda durum ki , Görəsən məni ?
Elə dayanırsan , elə baxırsan ,
Elə bil qarşında quru bir daşam .
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam .
*****
Səni dostlarımla , tanışlarımla ,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri yad ehtiramla ,
Deyirlər tanış ol ....
Nə qəribədir ?!
*****
Yuxuda görərdin nə vaxtsa hər dəm ,
Yolumu gözlərdin yollardan uzaq .
Mən sənin yuxundan çıxıb gəlmişəm ,
Bu da bir yuxudur , gəl tanış olaq .
*****
Qoluna girərdim ... bu , yadındadır ,
gedərdik ... yolumuz , arzumuz şərik .
Qolum qollarının lap yanındadır ,
toxunsa biz indi üzr istəyirik .
*****
Hayanda oldumsa səhər , ya axşam ,
Aradın sən məni , gördün sən məni .
İndi gözlərinin qabağındayam ,
Hayanda durum ki ,
Görəsən məni ?