Duman aldı bu məkanı,
Tez bağlandı eşq dükanı.
Püskürəndə dərd vülkanı,
Yer kürəsi silkələnər.
Doydum qəmin busəsindən
Uzağam gül guşəsindən.
Ürəyimin qüssəsindən,
Gözüm altı kölgələnər.
Dəniz yenə tüğyan edər,
Qəm göz yaşın leysan edər.
Axır bir gün üsyan edər,
Hisslərim də bölgələnər.
Kayıt Tarihi : 14.6.2018 10:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!