Üşüyür neden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üşüyür neden


Yenə qəm qoxuyur buludlu hava,
Qurtarmaq bilməyir həyatla dava.
Içimdə sənsizlik salmışdır yuva,
Eləcə ruhumu daşıyır bədən.

Ağladım “Əlvida” sözündən sonra,
Ocaq yanacaqmı közündən sonra,
Xatirən qalıbdır özündən sonra,
Qalan ölü olur, yaşayır gedən.

Olumla, ölümlə barışan dostlar,
Kədəri Araza qarışan dostlar,
Sənin yoxluğuna alışan dostlar,
Mənim varlığıma üşüyür nədən.
03.07.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu