Oxuyar sarı simdə,
Gah zildə, gah da bəmdə.
Təkcə mənim qəlbimdə
Yaşıyan xatirələr.
Bu kainat çox böyük.
Ana yer, ata göyük.
Özü ilə ağır yük.
Daşıyan xatirələr.
Qonaq gələr istəcə,
Məlhəm olar istəcə.
Yaram üstün astaca
Qaşıyan xatirələr.
Qurtarmaz eşq yasından,
Kədərin libasından.
Özü öz şaxtasından,
Üşüyən xatirələr.
27.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:46:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/usuyen-xatireler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!