Üşütdü payız Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üşütdü payız

Sözün ocağıma köz gətirmişdi,
Səhv də etməmişdi, düz gətirmişdi,
Səni gözlərimə yaz gətirmişdi,
Gözümdən qəlbimə düşürtdü payız.

Gūnūmū gödəldi,yolumu kəsdi,
Vaxtsız ūz bozartdı,vədəsiz əsdi
Yarpaq-yarpaq tökdū, yersiz tələsdi,
Qara tellərimi üşütdü payız.

Dilindən düşməyən ahın inciməz,
Taxtında oturan şahın inciməz.
Elə dərs verər ki ruhun inciməz,
Ustadı, ustaddı,mürşütdü payız.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.6.2020 10:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu