Üstelik Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üstelik

Heç nəyin üstündə tufan qoparır,
Yaşarır əsəbdən gözüm üstəlik.
Başımı-beynimi arvad aparır,
Hələ bir sənə də dözüm üstəlik.

Hardasan , darıxdım, hardasan zalım,
Qayıt gəl, barışaq, qadanı alım.
Bilirsən, sənindir dövlətim-malım
Sənə qurban olum özüm, üstəlik.

Bir acı bibərə qatmısan məni,
Qızıla, gümüşə satmısan məni.
Elə bil tonqala atmısan məni,
Alışır bir yandan közüm üstəlik.
16.05.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 07:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu