Üreyinin ağ yerine Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Üreyinin ağ yerine

Dilə gəlməz telli sazım,
Xəyallar içində azım.
Hansə kəlmələri yazım,
Ürəyinin ağ yerinə.

Bu yollardan çox gedilib,
Gülü-çiçəyi didilib.
Billəm adım həkk edilib,
Ürəyinin sağ yerinə.

Cahan sənsiz bomboş, viran,
Gözümdən getməzsən bir an.
Dostum, özüm olum qurban,
Ürəyinin dağ yerinə.

Dərdə dərman olmaz həkim,
Son şəklini necə çəkim.
Mavi-yaşıl güllər əkim,
Ürəyinin bağ yerinə.

Sağda yasdı, solda toydu,
Bu dünyadan,eh, kim doydu.
Hansı namərd atəş qoydu,
Ürəyinin yağ yerinə.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 08:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!