Bu dünyanın yazıları əskidir,
Bu dünyanın yazıları oxunmaz.
Bu dünyanın daş gülləsi əskikdir,
Atsam belə ürəyinə toxunmaz.
Bu dünyanın qorxusu var əzəldən,
Bu dünyanın qayğısına qalan yox.
Bu dünyanın dərd-qəmini azaldan,
Bu dünyanın laylasını çalan yox.
Dünya böyük bir xalıya bənzəyir,
Ilmələri yer-yerindən sökülüb.
Fərəhimdən aralıya bənzəyir,
Saçaqları topa-topa tökülüb.
Bu dünyanın söz-söhbəti köhnədir,
Elə deyir,başa düşmür çoxusu.
Bu dünyanın dedikləri göynədir,
Sözlərindən gəlir kifin qoxusu.
Bu dünyanın tövləsi boş, axru boş,
Ağ atına verməyə yox samanı.
Bu dünyanın əvvəli boş, axrı boş,
Bu dünyadan eh, ayrılmaq zamanı...
Kayıt Tarihi : 21.9.2019 14:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
beğeniyle okudum
TÜM YORUMLAR (1)