Üreyin senin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üreyin senin

Gələ bilməyirəm,yol uzaq olub,
Qış gəlib,qar yağıb,eh, sazaq olub.
Sənsiz tənha qalıb, yalquzaq olub,
Qanadlı kəpənək mələyin sənin.

Gah məşriq olmusan, məğrib olmusan,
Dağlar tək azadə, məğrur olmusan.
Indi Əzrailə məğlub olmusan,
Yerəmi dəyibdir kürəyin sənin.

Gizli göz yaşları dönübdür şehə,
Fələyə verilən zamansız behə.
Mən həsrət qalmışam azacıq mehə,
Nədəndir əsməyir küləyin sənin.

Diksindim quşların qaqqıltısına,
Saatın dayanmaz çaqqıltısına.
Həsrətəm qəlbinin tıqqıltısına
Əbədi dayandı ürəyin sənin.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu