Işvəsi, nazı olan,
Uçmağa hazır olan,
Sozünə nazir olan,
İşıqlı böcəyimsən.
Eh,namərdə söz batmaz,
Ocağına köz atmaz.
Gözlərinə göz çatmaz,
Füsunkar göyçəyimsən
Boylan şerin sətrindən,
Danış sözün xətrindən.
Doymuram ki ətrindən,
Mənim gül-çiçəyimsən.
Yolunu bizlərdən sal,
Nənənin qeydinə qal.
Geyindirrəm səni al,
Qızılgül ləçəyimsən.
Tezlik ilə gəlib çıx,
Həsrətin evini yıx.
Əllərimi bərk-bərk sıx,
Sən mənim ürəyimsən.
Kayıt Tarihi : 28.3.2021 17:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!