Üreyimin arzuları Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üreyimin arzuları


Düzüb ürəyimin arzularını,
Gizlənpaç oynamaq istəyirəm mən.
Oxudum röyamın yozumlarını,
Kimi görmüşəmsə yetişsin həmən.

Uyuyub yalanın daş qollarında,
Həqiqət necə də yuxuya gedib.
Min əngəl olaydı kaş yollarında,
Ağılı ətirli qoxuya gedib.

Günlərin birində geri qayıtsan,
Gecə günəş doğub ay batacaqdır.
Yatmış duyğuları birdən oyatsan,
Ümidlər istəyə tez çatacaqdır.
29.04.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 4.5.2018 18:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu