Bəzən geri boylanmağım,
Ağrı verir, acı verir.
Bəzən fələk şad yerinə,
Dərdi-qəmi bacı verir.
Ürəyimin ağrısını,
Kim hiss edər mənim kimi.
Söylə sözün doğrusunu,
Durma eşqə qənim kimi.
Eh, nədir bunca çəkdiyim,
Zalım fələk, aralı dur.
Dərd bişdiyim, qəm əkdiyim
Ayrılıq fərəhi udur.
Muncuq-muncuq göz yaşını,
Mirvari tək asım, gedim.
Itiləyim yaddaşımı,
Bağrımaca basım, gedim.
Budur mənim istədiyim,
Budur mənim and-amalım.
Yox kimisə pislədiyim,
Var öz ağlım, öz kamalım.
Bununçun sənə borcluyam,
Təkcə sənə, ulu Tanrım.
Anayam, hissin quluyam,
Həsrət çəkməkdən qurtarım.
Yetir övladımı mənə.
Gözü baxsın gözlərimə.
Unutmasın heç adımı,
Qulaq assın sözlərimə.
11.11.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 16.11.2018 16:16:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!