Üreyime qar yağır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Üreyime qar yağır

Vəslin yolu dümdüzdür,
Gecəsi də gündüzdür.
Sinəm elə bumbuzdur,
Ürəyimə qar yağır.

Qurdun həsrət səkisi,
Nə Bakısı, Şəkisi.
Bir gəlməz ki çəkisi,
Ayrılıq qəmdən ağır.

Dağ görmüsən qayasız,
Alver olmaz mayasız.
Həsrət, hicran həyasız,
Vüsal yazıq çox fağır.

Çətin gözdən itərəm,
Yolun üstdə bitərəm.
Harayına yetərəm,
Dar gündə məni çağır.

Önümdə ağ lövhədir,
Söz şairə töhfədir,
Xəyalların körpədir,
Buludlardan süd sağır.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.1.2021 07:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu