Fərəh nədən qəmginləşib,
Hava dərdlə zənginləşib.
Həsrət hicranla birləşib,
Ocaq çatır ürəyimdə.
Ulduz ayın əlin sıxır,
Lal gecənin evin yıxır.
Okeandır,möhnət çıxır,
Nisgil batır ürəyimdə.
Silinibdir ayaq izim,
Dalğalanmaz göy dənizim.
Bilirsənmi ay əzizim,
Nələr yatır ürəyimdə.
Kayıt Tarihi : 20.6.2018 15:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/ureyimde.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!