Ürek oğrusu Şiiri - Sevinc Arzulu

Ürek oğrusu


Fikrə dalan insanın,
Könlü talan insanın,
Tənha qalan insanın
Tanrıdan sorğususan.

Ay mənim sədaqətim,
Tapmadıq səadəti.
Qəlbimin həqiqəti,
Düzüsən, doğrususan.

Düzü döyə bilməzdim,
Qara geyə bilməzdim.
Kimsə deyə bilməzdi
Sən ürək oğrususan.
04.05.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu