Ürek, kaldım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ürek, kaldım

Ağlımı qaçıb onun da,
Dərd gəldi mələk donunda.
Dünyanı gəzdim, sonunda,
Özümlə təkbətək qaldım.

Çox tutdum eşqin yasını,
Üzdüm hicran dəryasını.
Yel uçurdu libasımı,
Bir köynək, bir ətək qaldım.

Uğrunda hey çəkdim cəfa,
Heyf, yoxmuş səndə vəfa.
Görmədim zəhmətdən səfa,
Arısız boş pətək, qaldım.

Qiyməti yox sevdiyimin,
Həsrəti ox sevdiyimin.
Canımdan çox sevdiyimi,
Apardı boz külək, qaldım.

Başım üstdə qadir Allah,
Ona gətirmişəm pənah.
Yamanca gec ayıldım, ah,
Xəstə düşmüş ürək, qaldım.
04.12.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2018 20:15:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu