Ürek dözmür Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ürek dözmür

Qiyamətin ilk günüydü,
Məni tərk etdiyin gün.
Mən vüsalın küskünüydüm,
Oldum eşqinə sürgün.

Göy dalğalar həzin-həzin,
Mənə layla çalacaq.
Eh, görəsən hansı izin,
Səni yada salacaq.

Sevib-sevilən xoşbəxtdir.
Baxıb köks ötürürəm.
Aman Allah, bu nə bəxtdir,
Dərddən qəm götürürəm.

Əgər dönsən,ümidlərim
Addım atıb yeriyər.
Səni məndən alan dünya,
Qaytarmaz ki geriyə.

Sahilimi vuran dalğa
Uzağa aparacaq.
Ürək dözmür heç sınağa,
Köksümdən qoparacaq.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.11.2019 07:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu