Qaraca gözlərdə nəmi unutdum?
O sirrli-sehirli dəmi unutdum?
Kədəri unutdum, qəmi unutdum?
Mən səni sevməyi unutmadım ki.
Gecənin gözündən yuxu tökülüb,
Gündüzün üzünə duman çökülüb.
Özgəylə danışıb, özgəylə gülüb,
Sənsizlik dərdimi ovutmadım ki.
Soruşma ayrılıq bizə neyləyib,
Həsrətin bəmbəyaz gülün iyləyib.
Günəşin nurunu yaylıq eyləyib,
Axan göz yaşımı qurutmadım ki...
Kayıt Tarihi : 21.3.2019 14:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!