Unutdum seni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Unutdum seni

Görəndə o qəmli baxışlarını,
Mən necə durdurum yağışlarını.
Silə bilməyəndə göz yaşlarını,
Yalançı sözlərlə ovutdum səni.

Qara fələk, atma daha oxunu,
Aparmısan dost-tanışın çoxunu.
Zalım həsrət qaçırdanda yuxunu,
Laylayla, ninniylə uyutdum səni.

Sən fərqi tapmazsan cəmin içində,
Çiçək boy atmaz ki nəmin içində.
Bu qədər kədərin,qəmin içində,
Bağışla, əzizim, unutdum səni.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.8.2025 06:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!