Nə olar, məndən incimə,
Qəm calama sevincimə.
Ölüm qol vurub küncümə,
Görürsən ki uduzmuşam.
Fələk yaman dilli oldu,
Çəkdirdiyi əlli oldu.
Rəftarından bəlli oldu.
Mən nə qədər ucuzmuşam.
Həsrət özünü öyməyir?
Sözləri dərdim hörməyir?
Uzağı gözüm görməyir,
Sanma səni unutmuşam.
Fərəh birsə olun yüz min,
Küsdüyünə saxlama kin.
Asta danış, yavaşca din,
Xatirəni uyutmuşam.
Sözüm üstə söz deyən yox,
Atəşimə köz deyən yox.
Heç yolumu gözləyən yox,
Tək səninçün umudmuşam...
Kayıt Tarihi : 17.10.2021 16:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!